Loading...

Haqqımızda

Barama  İnnovasiya və Sahibkarlıq Mərkəzi , Microsoft BizsparkCaspinet şirkəti tərəfindən yaradılmış layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək itirilmiş şəxsi əşyaları öz sahiblərinə ən qısa zamanda, ən effektiv sadə metodla və minimum resurslardan istifadə etməklə çatdırmaqdır.

 

   www.e-tap.az - “e-TAP” itmiş və tapılmış əşyaların qeydiyyatı və ya axtarışı üçün yaradılmış online portaldır. Burada yaradılmış xüsusi filter və axtarış imkanları sayəsində, ticarət mərkəzlərində və ya digər ictimai məkanlarda itirdiyiniz hər hansı əşyanızı tapmaq artıq çox asan olacaq!

    İnsanlar şəxsi əşyalarını itirmək problemi ilə gündəlik olaraq  qarşılaşırlar. Bir çox hallarda, ticarət mərkəzlərini, kütləvi ictimai yerləri və digər məkanları tərk edərkən, əşyalarının yerində olub-olmamağını yoxlamağı unuduruq. Eyni yerə qayıdıb, əşyanı həmin yerdə tapmaq və ya ən azı onu tapmış şəxslə əlaqə yaratmaq demək olar ki, qeyri-mümkündür. Yaxud evə gedərkən, yolunuzda qarşınıza çıxan hər hansı sahibsiz əşya ilə necə rəftar etməli və hara müraciət etməli olduğunuzu bimirsiniz. “e-TAP” məhz bu problemi həll etməkdən ötrü, sizi itmiş və ya tapılmış əşyaların axtarışı və qeydiyyatı üçün xüsusi imkanlarla təmin edir.

   Qeyd edək ki,  "e-TAP" layihəsi 2016-cı il oktyabr ayından etibarən  "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"ndə fəaliyyət göstərir.  Eyni zamanda, layihə Bakı Metropoliteni QSC  Baku City Circuit ilə rəsmi tərəfdaşdır. 

 

 İtirdiyiniz əşyaları axtarmaq, tapdığınız əşyaları isə qeydiyyatdan keçirmək üçün ən sadə yolları təqdim edən və istifadəçi yönümlü, rahat interfeysə malik vebsayta xoş gəlmisiniz! Biz sadəcə vasitəçiyik və tərəflər (əşyanı itirmiş şəxs və tapmış şəxs) arasında yaranan hər hansı konfliktlərə, bu və ya digər problemlərə görə heç bir məsuliyyət daşımırıq.                                

                                                                                                                                      All rights reserved © 2017 e-TAP